Marqvelaşvili: “Rusiya Avrasiyada sabitliyi pozamağa hazırdır” - İTTİHAM

  • By admin
  • 10 İyun 2016 18:06

margvelashvili

 

Rusiya Avrasiya  sabitliyi pozamağa hazırdır. Gununsesi.info bu fikri Gürcüstanın prezidenti Georqiy Marqvelaşvili “Euobserver” mətbu orqanın verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynadakı müharibə bir daha sübut etdi ki, Rusiya istənilən an qonşu ölkələrdəki dondurulmuş münaqişələri yenidən alovlandıraraq həmən bölgədə təsirini qoruyub saxlamağa çalışır. “Bu məqsədlə Rusiyaya lazım olan anda Avrasiyanın yarısında sabitliyi pozamağa hazır vəziyyətdədir”, – deyə Gürcüstan prezidenti vurğulayıb.

Gürcüstan prezidenti onu da deyib ki, ona görə Rusiyanın bundan sonra hansı bölgədə vəziyyəti gərginləşdirəcəyini, problem yaradacağını müəyyən etməyə ehtiyac yoxdur. “Ən yaxşı qərar bölgədə öncələnmiş effektiv tədbirlər sisteminin görülməsi daha yaxşı olar. Ancaq NATO hələ də öz hədəfləri haqqında düşünür və hansı siyasəti yeridəcəyini siyəsəti haqqında fikirləşir. Rusiya isə bölgədə NATO-ya transformasiya təsir edən ciddi faktor kimi çıxış edir”, – deyə Marqvelaşvili vurğulayıb.