Marsa uçuş reallaşır: Mühərrik sınaqdan çıxarıldı

  • By admin
  • 26 Sentyabr 2016 19:49

6fcdace034b2c30c02f019e0b3d2b245

 

ABŞ-ın özəl “SpaceX” şirkəti ilk dəfə olaraq planetlərarası uçuşlar üçün nəzərdə tutulan “Raptor” mühərrikini sınaqdan çıxarıb.

Gununsesi.info-nun CNBC-yə istinadən verdiyi xəbərə görə, mühərrikin uğurlu sınağı barədə öz “Twitter” səhifəsində “SpaceX”ın sahibi İlon Mask (Elon Musk) yazıb.

“Raptor” mühərriki maye metanla çalışır. O, böyük ehtimalla Mars missiyası üçün “Dragon” raketində istifadə olunacaq. İ. Mask bildirib ki, “Raptor” “Falcon 9” raketində istifadə olunan “Merlin” mühərrikindən üç dəfə güclüdür.

Mühərrikin sınağı İ. Maskın Marsa uçuş missiyası ilə bağlı çıxışı ərəfəsində həyata keçirilib. CNBC-nin xəbərinə görə, iş adamı sabah Meksikanın Qvadalahara şəhərində keçiriləcək Beynəlxalq Astronomiya Konqresində 10 il ərzində Marsın məskunlaşdırılmasına başlamaq niyyətini bəyan edəcək və bu çərçivədə “Marsın məskunlaşdırılması üçün nəqliyyat” layihəsindən danışacaq. 2018-ci ildə Marsa pilotsuz uçuş həyata keçirmək, 2020-2025-ci illər ərzində isə qırmızı planetə 100 insan göndərmək planlaşdırılır.

 

Gununsesi.info