“Marsel” bizim üçün ən çətin komandalardan biridir” - QURBAN QURBANOV

  • By admin
  • 11 Fevral 2022 20:34

“Marsel”in üstün cəhətlərini bir-bir sadalasam, kənardan elə görünər ki, sanki onlardan çəkinirik”.

Gununsesi.info-nun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Marsel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Marsel şəhərinin eyniadlı təmsilçisi komandası üçün ən çətin rəqiblərdən biridir: “Çünki topa sahib olmağı çox xoşlayırlar. Fərdi olaraq da çox yaxşı futbolçuları var. Matçın gedişində həddindən artıq çox rotasiyalar, sistem dəyişiklikləri edirlər”.

 

 

Gununsesi.info