Masallı rayonunun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info