Masallı sakini qohumunu qətlə yetirib 

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 13:38

QETL

Masallı rayonunun Qızılağac kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də Masallı rayonunun Qızılağac kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş Afiq Allahverdiyev çənə və baş sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Vüsal Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Anar

Gununsesi.info