
Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini avtomobillə birgə saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Lənkəran şəhər-rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Əlibəy Heydərova məxsus “Mitsubishi” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini Fərid Səmədzadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb.
Anar
Gununsesi.info










