Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

  • Müəllif: Firuzə
  • 11 Yanvar 2026 10:22

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info– ya verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

 

Gununsesi.info