Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.

Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K. Nurullayev dünyasını dəyişib.

Gununsesi.info