Masazırdakı yanğında bir nəfər ölüb

  • By admin
  • 20 Avqust 2016 09:00

yangin

Abşeron rayonu Masazır qəsəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 33 kv/m olan köməkçi tikili yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Gununsesi.info