Maşın 5 yaşlı uşağı vurub öldürdü

  • By admin
  • 25 Avqust 2016 22:34

91b4f244ac77a5caf9cda4665696c232

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Sahib Namazov idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2011-ci il təvəllüdlü Bünyamin Elnur oğlu Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan 5 yaşlı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info