“Maşın” şouda xanım sənətçilər bir-birinə qarşı çıxdılar - "MƏN ŞƏKİLLƏRİMİ ATDIRACAĞAM, SƏNİ ÇIXARDACAĞAM" (VİDEO)

  • By admin
  • 12 Oktyabr 2017 13:06

pizap.com15077994016471

ATV”-də nümayiş olunan “Maşın” realiti şounun yeni anonsu yayımlanıb. Kadrlardan göründüyü kimi, jurnalist Ülviyyə Alovlu ilə müğənni Günel Ələkbərova arasında qalmaqal baş verib.

Gununsesi.info xəbər verir ki, G.Ələkbərova “Mən şəkillərimi atdıracağam, səni çıxardacağam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?” sözləri ilə Ü.Alovlunu hədələyib.

Xatırladaq ki, şounu artıq üç iştirakçı (Vüqar Muradov, Nazim Pişyari, Samirə Yusifqızı) tərk edib. Digər 15 tanınmış sima isə avtomobil uğrunda mübarizəni davam etdirir.

Gununsesi.info