Maşına baxma, ürəyə bax… -FOTO

Ötən gündən başlayaraq Azərbaycanda yaşayanlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə əllərindən gələni etməyə çalışırlar.

Gununsesi.info xəbər verir ki, bu gün də davam edən yardım kampaniyasına yaşından və sosial imkanlarından asılı olmayaraq, az qala, hər kəs qoşulmağa çalışır.

Sosial media hesablarında yayılan və böyük diqqət çəkən foto buna bariz nümunədir. Həmin fotoda görünür ki, küçədə hərəkət edən köhnə “07” markalı avtomobilin üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb. Onları ünvanına çatdırmaq üçün tələsən sürücü eyni zamanda maşınından Türkiyə bayrağı da asıb.

Bu görüntünü paylaşan sosial şəbəkə istifadəçiləri fotoya müxtəlif şərhlər veriblər: “Dünya boyda ürək”, “Qardaşa köməyə tələsən insan”, “Maşına baxma, ürəyə bax…”

Həmin fotonu təqdim edirik: