Maskalılar basqında evin sahibini xəstəxanalıq etdi

  • By admin
  • 13 İyul 2016 10:55

12686659

Gəncədə maskalılar evə basqın ediblər.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsi ev 19 ünvanında qeydə alınıb.

Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Gununsesi.info