Ötənlərin məşhur boksçusu olan Mayk Tayson qatıldığı televiziya proqramlarının birində ABŞ-ın hazırki prezidenti Donald Trampla bağlı bir hadisəni etiraf edib.
Gununsesi.info xəbər verir ki, əfsanəvi boksçu 1990-cı illərdə aralarında yaşanan qalmaqal səbəbindən Trampın ofisinə gələrək, ondan hesab tələb edib. Belə ki, o zamanlar Taysonun evli olduğu aktrisa Robin Given ilə Tramp arasında yaxın eşq münasibətlərinin yaşanması ilə bağlı şayiələr bütün Amerikada sürətlə yayılmışdı.
Tayson bu söz-söhbətlərə aydınlıq gətirmək üçün ABŞ-ın ən varlı iş adamlarından olan Trampın ofisinə hücum etmişdi. Boksçu Trampdan deyilənlərin nə dərəcədə doğru olub-olmadığını soruşduqda hazırki prezident şayiələri təkzib edib. O, Taysona “ Bu, axmaqlıqdır, səni əmin edirəm ki, onunla aramızda heç bir eşq münasibəti yaşanmayıb” sözlərini deyib.
Gununsesi.info