MDB Oyunları: Azərbaycan komandası bürünc medal qazanıb

  • By admin
  • 06 Sentyabr 2021 18:49

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Gununsesi. infonun məlumatına görə, basketbolun 3X3 növündə çıxış edən milli komanda bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanılıb – 14:13.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.

Gununsesi. info