Sumqayıtda yaşayış binasında yanğın

  • By admin
  • 06 Sentyabr 2021 19:37

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Gununsesi. info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat metr olan mənzildə divan, kreslo, televizor, yataq dəsti və divar üzlüyü 0,5 kvadrat metr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi. info