Mehriban Əliyeva fəaliyyətini yeni səlahiyyətləri çərçivəsində yeni keyfiyyətlə davam etdirəcək - BAHAR MURADOVA

  • Müəllif: admin
  • 21 Fevral 2017 17:44
BAHAR-1
Hansı prizmadan yanaşılsa görərik ki,  Mehriban xanım Əliyevanın birinci vitse-prezident  təyin olunması çox uğurlu bir  təyinatdır və bu təyinatla  Azərbaycan qarşısında duran hədəflərə  nail olacaq.
 Bu fikri Gununsesi.info-ya açıqlamsında Milli Məclisin (MM) sədr müavini Bahar Muradova bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev belə bir sərəncam imzalamaqla,  ölkə qarşısında duran  vəzifələrin yerinə yetirilməsinin daha da irəli getməsinə  təminat vermiş olub.
“Mehriban xanım Əliyeva təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də uğurlu, peşəkar bir siyasətçi kimi nüfuz qazanıb. Onun  təşkilatçılığı ilə beynəlxalq səviyyəli idman yarışları, digər humanitar, sosial sahədə layihələr və tədbirlər uğurla və yüksək səviyyədə həyaya keçirilib. Belə demək mümkünsə, Mehriban xanım Əliyeva bütün sahələrdə uğur qazanan bir siyasi xadimdir. Və belə bir mötəbər vəzifəyə təqiyant alması  onun fəaliyyətinin məntiqi nəticəsidir. Yəni, bu təyinat eyni zamanda, cəmiyyətin gözləntisini doğrultmuş oldu”- deyə, B.Muradova vurğulayıb.
mehriban xanim-preziodent
Vitse-spiker əlavə edib ki, M. Əliyeva  dünya miqyasında uğur qazanan siyasətçilərdən biridir:
“Belə ki, Mehriban Əliyeva dünyanın müxtəlif qütbləri arasında mühüm beynəlxalq körpü rolunu oynayan  YUNESKO və İSESKO kimi mötəbər təşkilatların da  xoşməramlı səfiridir.  O, burada  da digərlərindən fərqlənərək  siyasi aktivlik nümaiyş etdirməklə, bir daha uğurlu siyasi xadim kimi  özünü təqdim etməyi bacarıb”.
 B. Muradova deyib ki, son təyinat uğurlu bir siyasi təyinat olduğundan M. Əliyeva  fəaliyyətini yeni  səlahiyyətləri çərçivəsində yeni keyfiyyətlə davam etdirəcək:
“İnanıram ki,  Mehriban Əliyeva Prezidentin ən yaxın silahdaşı kimi ona yaxından yardım edəcək və Azərbaycanı birgə irəliyə aparacaqlar. O, bu təyinatla ona verilən etimadı doğruldacaq.
Hesab edirəm ki, Mehriban xanım Əliyeva  bu çətin və şərəfli işin öhdəsindən ləyaqətlə gələcək. Xidmətini yüksək səviyyədə həyata keçirəcək”.
mehriban xanim-4
 
Vitse-spiker bu təyinatı  eyni zamanda, Azərbaycan qadınının uğuru kimi dəyərləndirib:
“Bu, həmçinin gender bərabərliyinin  ən yüksək səviyyədə göstəricisidir. Yəni, bu  təyinat bir daha onu göstərdi ki, dövlətin idarə olunmasında qadınların da rolu təmin olunub. Bu təyianta hansı yöndən yanaşsaq, uğrulu bir təyinatdır və bunun nəticələrini qarşıdakı dövrdə şahidi olacağıq”.
B. Muradova onu da bidlrib ki, bu təyinat ölkədə həyata keçririlən  hərtərəfli islahatlara  təkan verəcək.
Mürtəza
Gununsesi.info