
Meksika sahillərində, Teuantepek körfəzində 5,7 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir ki, yeraltı təkanların episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı isə 53 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar haqqında məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 8-də Meksikanın Pixixyapan şəhərindən 96 kilometr cənub-şərqdə 8,2 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Hadisə nəticəsində 65 nəfər həlak olub.
Gununsesi.info












