Saatlıda 17 yaşlı qız özünü asıb

  • Müəllif: admin
  • 10 Sentyabr 2017 10:10

intihar
Saatlıda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info