Meksikada ağır yol qəzası - 11 TURİST ÖLÜB

  • Müəllif: admin
  • 20 Dekabr 2017 08:25

Meksikada turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 xarici vətəndaş ölüb.

Gununsesi.info xəbər verir ki, insident Kintana Roo ştatında qeydə alınıb.
İlkin məlumata görə, avtobusun aşması nəticəsində 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Məlumata görə, turistlər Maxaual hava limanından Çakçoben şəhərinə gedirmişlər. Avtobusda ümumilikdə müxtəlif ölkələrdən gəlmiş 31 turist olub.

Gununsesi.info