Meksikada avtobus qatarla toqquşub - ÖLƏN VƏ YARALANANLAR VAR

  • Müəllif: admin
  • 17 Dekabr 2017 13:30

Meksikanın Xalisko ştatında uşaq futbol komandalarını daşıyan avtobus qatarla toqquşub.

Gununsesi.info xəbər verir ki, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Məlumata əsasən, avtobusda 60 nəfər olub, onlardan 40-ı 3 uşaq futbol komandasının üzvləri olub. Ölənlər arasında uşaqların olmadığı bildirilir. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info