Pakistanda kilsəyə hücum edilib - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 17 Dekabr 2017 13:58

Bu gün Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlılar kilsəyə hücum edib, ən azı 5 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Dawn” qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.

Kilsəyə 4 silahlı hücum edib. Bir terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu kilsənin içərisində işə salıb. Təhlükəsizlik qüvvələri digər terrorçu-kamikadzeni kilsənin qapısı yaxınlığında məhv edib. Digər iki silahlı qaçıb. Terrorçuların axtarışları davam edir.

Gununsesi.info