Meksikada elektron siqaret qadağan edildi

  • By admin
  • 02 İyun 2022 23:03

Meksika Prezidenti Andres Manuel Lopes Obrador ölkə ərazisində elektron siqaretlərin satışını qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Belə ki, hakimiyyət bu məmulatların istifadəçilərin səhhətinə mənfi təsir edəcəyindən ehtiyatlanır.

Meksika Səhiyyə Nazirliyi istehsalçıların elektron siqaretin zərərsiz olması ilə bağlı məlumatlarını böyük yalan adlandırır.

Qeyd edək ki, amerikalı həkimlər də hələ 3 il öncə geniş araşdırma ilə elektron siqaretlərin zərərli olduğunu təsdiqləmişdilər.

Gununsesi.info