Meksikada həyəcan təbili: Ölümcül təhlükəli radioaktiv qurğu oğurlanıb – FOTO

  • By admin
  • 12 Aprel 2021 22:25

Meksika Nüvə Təhlükəsizliyi Komissiyası içində potensial olaraq ölümcül “İridium-192” elementi olan sənaye radioqrafiya avadanlığının oğurlanmasından sonra doqquz əyalətə xəbərdarlıq yollayıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə agentliyin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, “Delta 880” modelli “QSA Global” cihazı aprelin 11-də Mexiko ştatının Teoloyukan bələdiyyəsinin girişində “Garantia de Calidad” şirkətindən oğurlanıb.

Image

Məlumatda deyilir ki, “Toyota Hilux” pikapı ilə seriya nömrəsi “TT3303” olan və indiki aktivliyi 68.89 Küri hesablanan “İridium-192” radioaktiv mənbəli konteyner aparılıb.

Mülki müdafiə xidməti radioaktiv mənbənin çıxarılması və ya manipulyasiyasının sağlamlığın geri dönülməz nəticələrinə, hətta ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Meksikanın federal və regional rəhbərliyi oğurluqla əlaqədar ictimai axtarış və qoruma protokollarını işə salıb.

 

Gununsesi.info