Meksikada prezidentin toxunulmazlığı ləğv edildi – Səlahiyyət müddəti bitməmiş məsuliyyətə cəlb edilə bilər

  • By admin
  • 27 Noyabr 2020 13:01

Meksika Senatı dövlət başçısının məhkəmə toxunulmazlığından məhrum edilməsi ilə bağlı konstitusiyada edilən dəyişikliyi qəbul edib.

Bu barədə Gununsesi.org “Report”a istinadən xəbər verir.

Dəyişikliyin lehinə 89 senat və əleyhinə isə 23 senat səs verib. Beləliklə, respublikanın seçilmiş lideri prezidentlik müddəti bitməmiş cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bundan başqa, prezidentə qarşı açılan cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl dövlət başçısı parlamentin qarşısında çıxış etməli olacaq.

Gununsesi.org