
Yanvarın 25-də ABŞ-ın 45-ci prezidenti Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yəməndən ölkəyə gələn immiqrantlara verilən vizanın müvvəqəti olaraq məhdudlaşdırmasi, eləcə də Meksika sərhədinə divar hörülməsiylə bağlı qərarı imzalayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövründə Meksika ilə sərhəddə divar inşa etdirəcəyinə və divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə dair söz verib. Beləki, bu gündən etibarən ABŞ-ın Meksika ilə sərhəddində divarın inşasına başlanılacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə divar hörülməsiylə bağlı qərarı imzaladıqdan sonra Meksika prezidenti Enriki Penya Neto ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyini elan edərək, Amerika xalqına dostluğa səsləyib.
Xatırladaq ki, seçki kampaniyası dövründə D. Tramp bir neçə dəfə müsəlmanları hədəf alan açıqlamalar verib. Müsəlmanların ABŞ-a girişinin dayandırılmasını istəyən Tramp, ölkədəki məscidlərin də bağlanılmasına yönəlik islamafob çağırışlar edib.
Anar
Gununsesi.info












