Meqastar Tarkan Mustafa Kamal Atatürkü belə andı - VİDEO

  • By admin
  • 10 Noyabr 2017 13:05

Bu gün Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün dünyadan köçməsinin 79-cu ildönümüdür. Türkiyə cəmiyyəti bu gün Atatürkü anır.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin dövlət rəsmiləri, tanınmış insanları Atatürk anıt qəbrini ziyarət edir və sosial mediadan onun haqqında öz fikirlərini bölüşürlər.

Türkiyənin tanınmış meqastarı Tarkan isə özünəməxsus formada Zeki Mürenin Mustafa Kamal Atatürk haqqında səsləndirdiyi “Kırmızı Gülün Alı Var” mahnısı ilə yad edib. Tarkan Atatürk haqqındakı bu mahnını sosial mediada paylaşıb.

Türkiyənin tanınmış isimləri Cem Yılmaz: “Qəlbimdəsəm Atatürk. Bu millətin içində doğub böyüdüyünü, bu torpaqlarda yetişdiyini bilmək belə ümiddir”.

Seren Serngül: “Hər eşq, unudulur və unudulacaq… bir tək sənin ki, sevda məncə.. heç  bitmir…”

Eda Taşpınar: “Xəyal edilməyənlər unudulmaz olurlar Paşam. Sən bizlər üçün bir xəyal qurdun”.

Eliz Sakuçoğlu: “Bu sevgi heç birməyəcək”.

Derya Baykal: “Atam sonsuzadək… Sayğı və özləmlə anırıq…”

Barış Kılıç: “Bu millət sonsuzadək səninlə qürur duyacaq. Nur içində uyu böyük Atatürk”.

Gununsesi.info