Meral Akşener gecəni xəstəxanada keçirib

  • By admin
  • 13 Yanvar 2023 13:30

İYİ Partiya sədri Meral Akşener “yüngül ürək döyüntüsü şikayəti” ilə müraciət etdiyi Ankara Güven Xəstəxanasında gecələyib.

Bu barədə Gununsesi.info adıçəkilən partiyanın sosial şəbəkə hesabına istinadən bildirib.

Məlumatda deyilir ki, Akşener bu gün səhər saatlarında evə buraxılıb.

Xəstəxanadan verilən açıqlamada, edilən müayinələrdə heç bir problemin aşkar edilmədiyi bildirilib.

Akşener heç bir izahat vermədən xəstəxanadan çıxıb.

Bundan başqa  jurnalistlərə açıqlama verən İYİ Partiya sözçüsü Kürşad Zorlu, “Türkiyənin çox ciddi problemləri var. Cənab sədrimizin böyük məsuliyyəti və ölkəsinə sevgisi var. Ölkəmizi gəzən cəsur insan bu müddət ərzində bir az yorğundur. proses, o, istirahət edəcək” deyə bildirib.

 

Tərcümə:

Mətləb