Merkel: “Türkiyə tərəfin etirazını və ittihamlarını anlaya bilmirəm”

  • By admin
  • 07 İyun 2016 18:00

Merkel

 

Angela Merkel Ankaraya cavab verdi: “Mən Almaniya Bundestaqının “erməni qoyqrımı” ilə bağlı qəbul etdiyi qərarla bağlı Türkiyə tərəfin etirazını və ittihamlarını anlaya bilmirəm”.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyənin bu məsələdə etirazlarını başa düşə bilmirəm: “Bundestaqda qəbul olunun qətnamə ilə bağlı iki mövqe mövcuddur: biri, alman bundestaqının çoxluğu, digəri isə Türkiyə tərəfi. Şəxsən mən bu məsələ ilə bağlı təklif edərdim ki, Türkiyə Ermənistanla birbaşa dialoqa başlasın. Bu, daha yaxşı olardı. Bundestaqın deputatlarına gəldikdə, onlar istisnasız müstəqil seçilmiş şəxslərdir. Hansı ki, indi Türkiyə tərəfdən ittihamlar və bəyanatlar səslənir, mən onları başa düşə bilmirəm.”