Merkelin istefası tələb olunur

  • By admin
  • 27 May 2018 10:05

Albaniyada minlərlə insan ölkənin baş nazirinin istefası tələbilə küçələrə çıxıb.

“Report”un məlumatına görə, bu barədə “ABC” xəbər verib.

Xəbərdə bildirilir ki, müxalifətin minlərlə tərəfdarı paytaxt Tiranada etiraz aksiyası keçirib. Onlar baş nazir Edi Ramın fəaliyyətindən narazılıq edərək, onu istefaya çağırıblar. Nümayişçilər baş naziri cinayətkar qruplaşması ilə əlaqədə ittiham ediblər.

Aksiya zamanı polislə toqquşmalar baş verib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar – butılkalar atıblar. Toqquşmalar zamanı nümayişçiləri hökumət binasına daxil olmasının qarşısını alan 11 polis əməkdaşı xəsarət alıb.