Meşə yanğınında 17 nəfər dünyasını dəyişdi - İTKİN DÜŞƏNLƏR VAR

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 11:30

crkmd1ow8aa4hpc

Kaliforniyada meşə yanğınları nəticəsində 17 nəfər həyatını itirib.

Gununsesi.info “The New-York Times”a istinadən xəbər verir ki, meşə yanğınları nəticəsində yüzlərlə insan xəstəxanaya yerləşdirilib, iki mindən artıq bina ya dağılıb, ya da xəsarət dəyib.

Yerli hakimiyyət orqanlarının verdiyi xəbərrə görə, yanğın nəticəsində ölənlərin sayının artması gözlənilir: “Hələlik  itkilər tam dəqiqləşdirilməyib. Xeyli insan itkin düşüb. Yanğın baş verən ərazilərin bəzi yerlərində yanğın güclü olduğundan xilasedici briqadalar  bir sıra yaşayış ərazilərinə girə bilmir”.

Bundan öncə yanğın nəticəsində 10 nəfərin öldüyü bildirilirdi.

Gununsesi.info