Neft hasilatı 8 faiz, qaz hasilatı isə 3,4 faiz azalıb

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 11:24

neft quyusu

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artıb, neft sektorunda isə 6,6 faiz azalıb.

Mədənçıxarma sektorunda neft hasilatı 8 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, kompüter və elektron məhsulların istehsalı 35,0 faiz, elektrik avadanlıqlarının istehsalı 65,7 faiz, maşın və avadanlıqların istehsalı 27,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 16,6 faiz artıb,

Tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz, poliqrafiya məhsullarının istehsalı 38,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 49,1 faiz aşağı düşüb.

Vüsalə

Gununsesi.info