Messi növbəti rekorda imza atdı

  • By admin
  • 24 Noyabr 2016 08:05

messi-1

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Gununsesi.info-nun “Pasion Futbol”-a istinadən xəbərinə görə, Çempionlar Liqasının qrup mərhələsində, “Seltik”-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.

Onlardan 92-ni Messi Çempionlar Liqasında, 5-i klublararası dünya çempionatında, 3-ü isə Avropa Superkubokunda vurub.

Qeyd edək ki, Qlazqonun “Seltik Park” stadionunda keçirilən görüşdə “Barselona”  2:0 hesabı ilə qalib gəlib.

Gununsesi.info