“Bakı Metropoliteni” QSC Ağ şəhərdən keçməklə Şah İsmayıl Xətai metrostanisyasından Həzi Aslanov-2 stansiyasını birlşdirəcək xəttin tikintisinə start verib.
Bunu Gununsesi.info-ya açıqlamasında “Bakı Metropoliteni” QSC –nin mətbuat xidmətinin katibi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, Ş.İ.Xətai və şərti olaraq adlandırılan H.Aslanov xəttini birləşdirəcək üç stansiya tikilməsi nəzərdə tutulur: “Bu metro stansiyalar Nobel prospektində tikiləcək. Bunlardan biri Neft emalı zavodunun yanına, digər Ağ şəhərə, üçüncüsü isə H.Aslanov-2 olacaq. Artıq Neft Emalı zavodu qarşısında tikiləcək metrostansiyanın tikintisini hazırlıq işlər başlanılıb. Bu məqsədlə orada start dirəklərinin vurulmasına başlanılıb. Əgər işlər qaydasında gedərsə, yaxın 2-3 aya tikinti işlərinə başlanıla bilər”- deyə, N. Paşayev vurğulayıb.
Mürtəza
Gununsesi.info