Meymunçiçəyi daha bir ölkədə aşkar edildi

  • By admin
  • 20 Avqust 2022 18:39

İndoneziyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstənin hansı ölkədən gəldiyi açıqlanmayıb.

27 yaşlı kişinin paytaxt Cakartada verdiyi testin nəticəsi müsbət çıxıb.

Xəstənin vəziyyətinin yaxşı olduğu, yüngül simptomlar müşahidə olunduğu bildirilir.

Gununsesi.info