Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir

  • By admin
  • 20 Avqust 2022 18:32

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusiyalı hərbçilər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Moskva bunu əsas gətirib, Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edilir ki, müayinə zamanı xəstəxanaya yerləşdirilən işğalçıların üzərində zəhərli maddə – “b” tipli botulinum toksini aşkar edilib.

Rusiya öz növbəsində Ukraynanı “kimyəvi terrorizm”də ittiham etmək üçün təhlillərin nəticələri ilə təsdiqləndiyi iddia edilən sənədləri hazırlamağa başlayıb.

Gununsesi.info