Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

  • Müəllif: Firuzə
  • 18 Sentyabr 2026 09:11
Naftalana istirahətə gələn kişi ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb.

Belə ki, Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Makhmudov Jafar Makhmudovıç oğlunun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

Gununsesi.info