“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər

  • By admin
  • 06 Avqust 2020 11:48

“Microsoft” və “ByteDance” şirkətləri arasında “TikTok” tətbiqinin satışı ilə bağlı müqavilənin dəyəri 30 milyard dollara qədər ola bilər.

Gununsesi.info bildirir ki, bu barədə CNBC məlumat yayıb.

Tərəflər hazırda məbləğə dair konkret razılığa gələ bilməyiblər.

Lakin bu rəqəmin 10-30 milyard ABŞ dolları arasında dəyişəcəyi ehtimal olunur.

Prosesə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinin də cəlb olunduğu bildirilir.

Gununsesi.info