“Microsoft” “Semantic Machines” şirkətini - satın alıb

  • By admin
  • 24 May 2018 08:30

“Microsoft” korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb.

Gununsesi.info ICTnews-a istinadən bildirir ki, bu haqda “Microsoft”un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, “Semantic Machines” şirkətinin süni intellekt sahəsində həlləri “Cortana” adlı səsli köməkçi, həmçinin “Azure Bot” və “Xiaolce” xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, “Microsoft”un nümayəndəsi bildirib ki, korporasiya Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, “Semantic Machines” şirkəti 2014-cü ildə təsis edilib.