ABŞ rəsmi Karakasa cavab olaraq Venesuelanın iki diplomatını ölkədən qovur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb. Ölkəni tərk etmək üçün Venesuelanın ABŞ-dakı müvəqqəti işlər vəkili və Hyustondakı baş konsulun müavininə 48 saat vaxt verilib.
Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro seçkidə qalib gəldikdən sonra ABŞ-ın Karakasdakı səfirini ölkəsindən qovmuşdu.