Mikayıl Cabbarov İtaliya səfiri ilə görüşüb

  • By admin
  • 15 Yanvar 2018 16:30

Bu gün vergilər naziri Mikayıl Cabbarovİtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb. 

Bu barədə Gununsesi.info-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info