Mikroavtobus od tutub yandı…

  • By admin
  • 09 Oktyabr 2016 21:19

258108

Qobustan rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Cəmcəmli kəndində “Ford” markalı mikroavtobusun salonu və mühərrik hissəsi yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info