“Milan”ın hücumçusu niyə İspaniyaya qayıtdı?

  • Müəllif: admin
  • 16 Avqust 2017 21:50

kolumb-ispan

Kolumbiya yığmasının hücumçusu Karlos Bakkanın yeni komandası müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Milan”ın 31 yaşlı forvardı “Vilyarreal”ın formasını geyinəcək.

Məlumatı La Liqa təmsilçisi rəsmən açıqlayıb. Bakka yeni komandasında icarə əsasında çıxış edəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Futbolçu bu müddətdə özünü yaxşı tərəfdən göstərsə, ispanlar gələn yay Bakkanın transfer hüququnu birdəfəlik alacaqlar.

Qeyd edək ki, Karlos Bakka “Milan”a 2015-ci ildə “Sevilya”dan keçib.

Gununsesi.info