Millət vəkili 20 ildən sonra “Lissoban” sammitinin uğurlarından danışdı… VƏ RAMİL SƏFƏROV ƏVƏZİNƏ RAMİL USUBOV DEDİ

  • Müəllif: admin
  • 14 Fevral 2017 17:36
 xanhuseyn-kazimli
Millət vəkili “Lissoban” sammitinin uğurlarından danışıb.
 Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ciddi müzakirlərə səbəb olub.
Müzakirlərə zamanı çıxış edən millət vəkili Xanhüseyn Kazimlı Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlardan danışaraq  bildirib ki, ermənilərin torpaqlarımızı işğal etməsinə baxmayaraq,  ölkə başçısının həyata keçirdiyi  siaysət nəticəsində xeyli uğurlar əldə edilib:
“Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Ramil Səfərov (onu da deyək ki, X. Kazımlı bu zaman Ramil Usubov dedi-red.) Macarıstanda həbs olunsa da,  sonda ölkəmizə ekstradisiya olundu. Lissobon (Lissabon demək əvəzinə Lissobon dedi-red.) samitini də xatırlayırsınız… Murovdağ əməliyyatını da yada salmaq olar”.
X. Kazımlı onu da əlavə edib ki, sərhədyanı ərazilərdə insanlar  dəhşətli qorxu içində yaşayırlar:
“50-80 km sərhəddə yaxın ərazilərdə heç bir sahibkar bir manat da olsun bu ərazilərə  sərmayə qoymayıb. Təbii ki, bunun da əsası var. Kartof əkilməyən yerdə kartof anbarının tikilməsinə  nə əsas var?  Ümumiyyətlə, mən qanunun tərəfdarıyam və səsə verəcəyəm. Lakin bununla belə bir sıra qanunla bağlı bir iradlarım var. Qanunun dili yumuşaldılsa yaxşı olar”.
Buna cavab olaraq birinci vitse-spiker  Ziyafət Əsgərov bildirib ki,  qanunun dili yumşaldıla bilməz:
“Çünki bu, “ Hərbi  vəziyyət   haqqında “ qanun layihəsidir. Hərbi qanunvericiliyin də dili möhkəm olmalıdır”.
Mürtəza 
Gununsesi.info