Millət vəkili: “Ancaq de görüm sən özün kimsən?!”

  • By admin
  • 02 Avqust 2016 13:35

sahib

 

“Əvvəl “fədain” deyirdilər özlərinə, sonra “yerkrapa”, yəni, “könüllü” oldular. İrəvanda post-patrul xitmətini tutaraq bir neçə gün əllərində saxlayıb sonra da təslim olan sərkisyançı-səfilyançı yaramazları nəzərdə tuturam. Əsl kimliklərini bir zamanlar rəhbərləri olmuş Serj Sərkisyan açıqladı. Onları terrorist adlandırdı. Bəli, onlar terrorçulardır”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarında saysız-hesabsız terrorlar törədiblər və bu yaramazlara ona görə terrorçu kimi yanaşılmırdı ki, ayrı-ayrı ölkələrin kəşfiyyatlarına xidmət edirdilər.

“Məsələn, ASALA üzvü Jirayr Səfilyanın Amerika kəşfiyyatının xidmətində durduğunu Ermənistanda bilməyən yoxdur. Cilingər Serj Sərkisyanın da hara agentlik etdiyi və hansı ləqəbi daşıdığını, məhz bu bağlılığa görə də, əvvəl dəstə, sonra da forpostbaşı olması kimsəyə sirr deyil.
İndi Sərkisyandan soruşmaq lazımdır ki, özünlə çiyin-çiyinə Xocalı soyqrımı və onlarla digər vəhşiliklər törətmiş qaniçənlərin terrorist olduqlarını bildirirsən, düz də edirsən, ancaq de görüm sən özün kimsən?!”-deyə, o, sözlərinə əlavə edib. 

Gununsesi.info