Millət vəkili mediadan xahiş etdi: “Diqqətli olaq”

  • By admin
  • 26 İyul 2016 21:03

2e14974b-68b5-4b35-bfac-39ef9d3fd434

 

“Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” silah zavodunda baş vermiş partlayış hadisəsi ölkə ictimaiyyətinin diqqətindədir. Hadisə ilə ıbağlı artıq rəsmi qurumlar müvafiq məlumat veriblər, texnogen hadisə artıq nəzarət altına alınıb, ciddi tədbirlər görülür”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, ancaq təəssüf ki, xəbər saytlarında hərbi təyinatlı obyekt barəsində geniş məlumatlar açıqlanmağa, partlamış mərmilərin şəkilləri çəkilərək yayılmağa başlanıb.

“Obyekt barəsində geniş məlumatların verilməsi, hərbi təyinatl məhsulların şəkillərinin verilməsi bir vətəndaş kimi məni çox narahat edir.

Bununla bağlı hamını informasiya yayılmasında ehtiyatlı olmağa çağırıram. Düşmən yatmır, istənilən ehtiyatsız informasiya müdafiə qabiliyyətimizin zəifləməsinə, hərbi sirrin yayılmasına səbəb ola bilər”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info