
Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, yığmamız Çexiyanın U-21 yığması ilə qarşılaşıb.
Qeyd edək ki, oyun 2: 1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Yığmamızın heyətində Mahir Mədətov fərqlənib.
Anar
Gununsesi.info









