
“Proqram 2 il əvvəl qəbul edilib. Dünyanın bir sıra qurumları təşkilatları proqram haqqında fikirlərini bildirib, Azərbaycan da bu proqramın bir parçasıdır. Çünki Azərbaycan bu proqrama qoşulub”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlanmentin rolu” mövzusunda keçirilən konfransda BMT-nin Azərbaycandakı əlaqələndiricisi Qulam İshaqzai deyib.
Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində parlamentin mühüm rolu ola bilər: “Eləcə də biz parlamentin milli büdcənin təmin olunması, xərclər hesabatı və digər öhdəliklərin həyata keçirilməsi istiqamətində işlərini görürük”.
O əlavə edib ki, görülən işlər ekoloji tarazlığı, sosial müdafiəni, genderlə bağlı məsəlləri təmin edəcək: “Bir çox ölkələrdə parlamentlər bu sahədə mühüm işlər görülüb. Belə ki, Milli Məclisdə bu proqrama uyğun olaraq qərarlar qəbul edilib. Qazaxıstan, Pakistan parlamentində bu istiqamətdə mühüm işlər görülür. Biz Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu istiqamətdə bəyanat qəbul edilməsinə çağırırıq. BMT olaraq burada görülən işlərə görə təşəkkür edirəm”.
Mürtəza
Gununsesi.info