Milli Məclis 2017-ci ilin büdcəsinin müzakirəsinə başlayır

  • Müəllif: admin
  • 06 Dekabr 2016 11:20
millimeclis-2015_40
Milli Məclis (MM) bu gündən etibarən 2017-ci il büdcə zərfinə daxil olan  qanun layihələrinin  üç günlük müzakirəsinə balayır.
Gununsesi.info  xəbər verir ki, dekabrın 6, 7 və 8-də keçiriləcək  plenar iclaslarında  deputatlar  “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”,  “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” , “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”  qanun layihələrini müzakirə edəcək.
Deputatlar eyni zamanda,  MM-in 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında  qanun layihələrini müzakirə edərək qəbul edəcəklər.
Mürtəza 
Gununsesi.info