Milli Məclis itkin soydaşlarımızla bağlı hərəkətə keçir

  • By admin
  • 25 Yanvar 2023 14:30

Milli Məclis Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insanla bağlı məsələnin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Məlumata görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insan haqqında, o cümlədən Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçiriləcək.

Gununsesi.info